Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının səyyar qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

21 iyul 2026 | 09:52

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Kovdadıq kəndində keçirilən səyyar qəbul görüşü zamanı Kovdadıq kənd sakini Rəhimov Söhbət Xanış oğlu müraciət edərək əkin sahələrinin suvarılmasında istifadə olunan suvarma arxının lildən və kol-kosdan təmizlənməsini xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən xüsusi texnika vasitəsilə qeyd olunan suvarma arxı təmizlənib.

Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər