Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının səyyar qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

06 iyun 2024 | 12:23

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulunda İsmayılbəyli kənd sakini Alışova Esmira Mosu qızı  müraciət edərək evinin yaxınlığına vətəndaşlar tərəfindən tökülən məişət tullantılarının təmizlənməsinə köməklik göstərilməsini xahiş etmişdir.

 Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Suvarma Sistemləri İdarəsinin xüsusi texnikası vasitəsilə vətəndaşın evinin yaxınlığına tökülən məişət tullantıları  ərazidən təmizlənmişdir.

Esmira Alışova müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Keçidlər