Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının səyyar qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

30 iyun 2025 | 17:52

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Buruc kəndində keçirilən səyyar qəbul görüşü zamanı Buruc kənd sakini Abbasov Hikmət Bəşir oğlu müraciət edərək qəbiristanlığa gedən yolun təmir olunmasına  köməklik olunmasını xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən Buruc kənd İƏD üzrə nümayəndəlik və Buruc bələdiyyəsi  tərəfindən qəbiristanlığa gedən yol hamarlanıb, yola şebel tökülərək təmir olunub.

Kənd sakini müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər