Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının səyyar qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

19 iyul 2024 | 15:31

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulunda Dəmirçilər kənd sakini Qənbərov Ələddin Abbas oğlu  müraciət edərək gələcəkdə baş verə biləcək sel hadisələrinin qarşısının alınması üçün sel arxının təmizlənməsini xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtərçay Hidroqovşağı İstismarı idarəsinin xüsusi texnikası vasitəsilə sel arxı təmizlənib.

Ələddin Qənbərov müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Keçidlər