Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının səyyar qəbul-görüşlərində edilən müraciətləri nəticəsiz qalmır

20 fevral 2024 | 17:18

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyətinin Kəbirli kəndində keçirilən səyyar qəbulda şəhid ailəsi  Məmmədova Nailə Həmzə qızı müraciət edərək şəhid ailəsi üçün tikilmiş evin qarşısında olan köhnə tikilinin sökülərək ərazidən daşınmasını xahiş etmişdir. Müracət əsasında rayon icra hakimiyyəti tərəfindən ayrılmış texnikalar vasitəsilə köhnə tikili sökülərək daşınmış, ərazisi təmizlənmişdir.

Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər