İcra başçısının sədrliyi ilə rayonda qış mövsümünə hazırlıq, statistik uçotun və hesabatların vəziyyəti ilə əlaqədar görülmüş işlər barədə şura iclası keçirilib
İclasda şura üzvləri ilə yanaşı idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Şura iclasını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq iştirakçıları gündəlikdə duran məsələlər ilə tanış edib, bildirib ki, gündəlikdə 2 məsələ durur: 1. Rayonda 2023-2024-cü illərin qış mövsümündə əhaliyə xidmət sahələrinin hazırlığının vəziyyəti haqqında. 2. Qanunvericiliklə müəyyən edilmiş qaydada tabelikdə olan müəssisə, idarə və təşkilatlarda statistik uçotun və hesabatın vəziyyəti ilə əlaqədar görülmüş işlər haqqında.
Sonra rayon rəhbəri qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə danışıb. Bildirib ki, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlər, ölkə əhalisinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi, qaz, su və digər kommunal xidmətlərə olan tələbatının ödənilməsi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Əldə edilmiş nailiyyətlər son illər ölkədə aparılan uğurlu iqtisadi siyasətin, həyata keçirilmiş irimiqyaslı infrastruktur layihələrinin məntiqi nəticəsidir. Bütün bunlar Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, həyat səviyyəsinin yüksəlməsinə, eləcə də əhalinin mənzil-kommunal xidmətləri sahəsindəki mövcud problemlərinin də həll olunmasına xidmət edir.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov istilik qazanxanalarının, eləcə də əhalinin enerji daşıyıcıları ilə fasiləsiz təmin edilməsi, mərkəzi istilik sisteminə qoşulmuş yaşayış binalarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin keyfiyyətli istiliklə təchiz olunması, mənzil-kommunal təsərrüfatında zəruri təmir işlərinin aparılması, qış mövsümündə nəqliyyatın normal fəaliyyəti üçün küçə və yolların işlək vəziyyətdə saxlanılması, yanğın təhlükəsizliyi ilə bağlı zəruri tədbirlərin görülməsi və s. kimi məsələlər, “2023-cü ildə yerli statistika orqanları üçün statistik işlər proqramı”na əsasən rayon üzrə nəzərdə tutulan statistik hesabatların vaxtında alınması və keyfiyyəti barədə məlumat verib.
Müzakirə edilən məsələlər barədə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Natiq Musayev, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov, Tərtər RQİİ Tərtər Xidmət Sahəsinin nümayəndəsi İlqar Nəsirov, 42 №li Yol İstismarı MMC-i rəisi Ramin Bayramov, Tərtər Rayon Mənzil İstehsalat Təmir İstismar Sahəsinin rəisi Hafiz Ələkbərov, şəhər Kommunal Təsərrüfat İdarəsinin rəisi Saleh Qəhrəmanov, 5 saylı Ağcabədi Regional Su Kanal İdarəsinin Tərtər sahəsinin rəisi Elnur Abbasov, İstilik Qazanxana İdarəsinin müdiri Vahid Hümbətov, rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov şıxış edidlər.
Şura iclasında müvafiq qərar qəbul edilib, rayon İcra Hakimiyyətinin başçısı tərəfindən problemlərin aradan qaldırılması məqsədilə əlaqədar qrumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.