İcra başçısının qəbul görüşü zamanı qaldırılan məsələ öz müsbət həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı kənd sakinləri müraciət edərək Qaynaq, Qapanlı, Qazyan kəndlərində yüksək gərginlikli elektirik xətlərinə toxunan ağacların budaqlarının budanmasına köməklik göstərilməsini xahiş edib.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Rayon elektrik şəbəkəsi tərəfindən elektirik xəttinə toxunan ağaclar budanmışdır.
Kənd sakinləri müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






