İcra başçısının qəbul-görüşü zamanı qaldırılan məsələ öz həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbul-görüşü zamanı Qaynaq kənd sakinləri Ənvər Qaraşov və Füzuli İsmayılov müraciət edərək T-122 reper nömrəli subartezian quyusunun təmir olunmasına köməklik göstərilməsini xahiş ediblər.
Müraciət əsasında icra başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən qeyd olunan subartezian quyusunun nasosu təmir edilərək sakinlərin istfadəsinə verilmişdir.
Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






