Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının qəbul-görüşü zamanı qaldırılan məsələ öz həllini tapıb

16 sentyabr 2025 | 10:39

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul-görüşü zamanı Tərtər şəhər Mübariz Kərimov küçəsinin sakinləri müraciət edərək su arxının təmizlənməsini xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtərçay Hidroqovşağı İstismar idarəsinin xüsusi texnikaları vasitəsilə qeyd olunan su arxında təmizlənmə işləri aparılıb.

Sakinlər müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər