Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının qəbul-görüşü zamanı qaldırılan məsələ öz həllini tapıb

23 sentyabr 2025 | 16:13

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbul-görüşü zamanı Səhlabad kənd sakini Cabbarova Şəfiqə müraciət edərək qısaqapanma nəticəsində yanan evinin təmir olunması üçün tikinti materiallarının verilməsinə köməklik göstərilməsini xahiş edib.

Müraciət əsasında icra başçısının göstərişi ilə vətəndaşa rayon icra hakimiyyəti tərəfindən 20 ədəd dam örtüyü, 10 ədəd mil və 1 kub metr taxta təqdim olunub.

Vətəndaş müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər