İcra başçısının qəbul-görüşü zamanı edilən müraciətlər öz həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşündə Qazyan kənd sakinləri müraciət edərək 3 saylı subartezian quyusunun çürümüş metal borularının dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq 5 saylı Ağcabədi Regional Su Kanal İdarəsinin Tərtər sahəsi tərəfindən subartezian quyusunun suqaldırıcı və əhaliyə paylayıcı su xətlərinin çürümüş metal boruları yeni polietilen boruları ilə əvəz olunaraq sakinlərin istifadəsinə verilmişdir.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.