İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Tərtər şəhər Şah İsmayıl Xətai küçəsinin sakinləri müraciət edərək yaşadıqları küçəyə atılan məişət tullantılarının təmizlənməsini xahiş ediblər.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər şəhər Kommunal Təsərrüfatı idarəsi və Tərtərçay Hidroqovşağının İstismarı idarəsi tərəfindən Tərtər şəhər Şah İsmayıl Xətai küçəsindən məişət tullantıları xüsusi texnikalar vasitəsilə toplanaraq götürülmüş, ərazi səliqə səhmana salınmışdır.
Sakinlər müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






