İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının keçirilən qəbul görüşü zamanı Tərtər şəhər sakini Mirzəyev Surxay Xasay oğlu müraciət edərək evinə gedən yolun kənarlarında olan məişət tullantılarının təmizlənməsini xahiş etmişdir .
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Komunal Təsərrüfat İdarəsinin əməkdaşları tərəfindən qeyd olunan ərazidəki tullantılar təmizlənərək ərazidən daşınmışdır.
Surxay Mirzəyev müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.