Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

03 iyun 2024 | 12:38

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulunda şəhərin İlham Sarıyev küçəsinin sakini Əzimova Aybəniz Bəhrəm qızı  müraciət edərək evinin yaxınlığından keçən su arxının daşaraq həyətyani sahələrini dolduğunu bildirmiş, su arxının təmizlənməsinə köməklik göstərilməsini xahiş etmişdir.

 Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq 5 saylı Regional Sukanal İdarəsinin Tərtər sukanal sahəsinin xüsusi texnikası vasitəsilə vətəndaşın evinin yaxınlığından keçən su arxı 200 metr məsafədə təmizlənmişdir.

Aybəniz Əzimova müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Keçidlər