Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

10 may 2024 | 15:08

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulunda Kəngərli kənd sakini, şəhid atası Abbasov Faiq Yaqub oğlu müraciət edərək kənndə şəhid oğlu Abbaszadə Eminin xatirəsinə ucaldılmış bulağın ətrafına asfalt örtüyünün salınmasını xahiş etmişdir.

 Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq 42 nömrəli Yol İstismarı MMC tərəfindən şəhid bulağının ətrafına asfalt örtüyü salınaraq abadlaşdırılmışdır.

Şəhid atası müraciətinin tez bir zamanda həll olduğuna və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər