Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

13 avqust 2025 | 15:34

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər rayon Qaradağlı kənd sakini, şəhid bacısı Zinyət İbrahimova  müraciət edərək yaşadığı evin həyətinə çınqıl tökülməsini xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən qeyd olunan evin həyətinə çınqıl tökülərək səliqəyə salınmışdır.

Şəhid bacısı müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər