İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulunda Tərtər şəhər Nizami küçəsinin sakini Vətən Müharibəsi qazisi İsmayıllı Kamal müraciət edərək evinin yaxınlığına vətəndaşlar tərəfindən tökülən məişət tullantılarının təmizlənməsinə köməklik göstərilməsini xahiş etmişdir.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtər şəhər Komunal Təsərrüfat İdarəsinin xüsusi texnikası vasitəsilə vətəndaşın evinin yaxınlığına tökülən məişət tullantıları ərazidən təmizlənmişdir.
Vətən Müharibəsi qazisi müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.