Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

08 avqust 2025 | 12:30

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər rayon İsmayılbəyli kəndinin bir qurup sakini rayon icra hakimiyyəti başçısına müraciət edərək yaşadıqları küçənin yoluna çınqıl tökülərək hamarlanmasını və ətrafının kol-kosdan təmizlənməsini xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən Qaraağacı bələdiyyəsi  tərəfindən qeyd olunan küçəyə çınqıl tökülərək hamarlanıb, yolun kənarları kol-kosdan təmizlənərək səliqə səhmana salınıb.

Kənd sakini müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər