Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

25 iyul 2024 | 14:21

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulunda Köçərli kənd sakini Əmrahova Mətanət Asif qızı  müraciət edərək evinin tikilməsinə tikinti matrealları ilə köməklik olunmasını xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşa evinin tikintisi üçün  4 kub qum, 4 kub şebel və 10 kisə sement köməklik olunub.

Köçərli kənd sakini Mətanət Əmrahova müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Keçidlər