İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının keçirilən qəbul görüşü zamanı Alışarlı kənd sakinləri Vətən müharibəsi qazisi İntiqam Sarıyev və Mürsəl Quliyev müraciət edərək Alışarlı-Hacallı kəndlərini birləşdirən avtomobil yoluna çınqıl verilməsini xahiş edib.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Mamırlı bələdiyyəsi tərəfindən qeyd olunan avtomobil yoluna çınqıl daşı verilərək xüsusi texnika vasitəsilə hamarlanıb.
Kənd sakinləri müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






