Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

10 iyul 2024 | 17:40

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulunda Səhlabad kənd sakini Muradov Elbrus Məstan oğlu  müraciət edərək evinin yaxınlığından keçən qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və naqillərinin yenisi ilə əvəz olunmasına köməklik göstərilməsini xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtər rayon Elektrik şəbəkəsi tərəfindən 2 elektrik dirəyi dəyişdirilib, naqillər yenisi ilə əvəz olunub, elektrik naqillərinə toxunan ağaclar budanaraq ərazidən təmizlənib.

Elbrus Muradov müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Keçidlər