İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulunda Seydimli kənd sakini Əliyev Alim Cəfər oğlu müraciət edərək kənd qəbristanlığına gedən yola şebel verilməsini xahiş etmişdir.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə qəbristanlığına gedən yola şebel tökülərək, 42 saylı Yol istismarı MMC-nin xüsusi texnikası vasitəsilə yayılmışdır.
Alim Əliyev müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.