Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

30 aprel 2024 | 15:19

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Mamırlı kəndində keçirilən səyyar qəbul görüşündə kənd sakinləri müraciət edərək reper nömrəsi 09-389 olan  subartezian quyusunun yanmış nasosunun dəyişdirilməsini və oğurlanmış 150 metr kabelinin əvəzinə yeni kabel verilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Suvarma Sistemləri idarəsi tərəfindən subartezian quyusunun nasosu və oğurlanmış 150 metr kabeli yenisi ilə əvəz olunaraq sakinlərin istifadəsinə verilmişdir.

Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər