Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

10 may 2024 | 17:14

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulunda şəhərin M.F.Axundov küçəsinin sakini Məmmədov İsmayıl Cavanşir oğlu  müraciət edərək evinin yaxınlığından keçən Tələy arxının qəzalı hissəsində betonlanma işlərinin aparılmasına köməklik göstərilməsini xahiş etmişdir.

 Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtərçay Hidrovşağı İstismarı İdarəsi tərəfindən vətəndaşın evinin yaxınlığından keçən Tələy arxının qəzalı hissəsində betonlanma işləri aparılmışdır.

İsmayıl Məmmədov müraciətinion tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Keçidlər