İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Tərtər şəhər sakini Cavanşir Musayev müraciət edərək Tərtər şəhər qəbiristanlığında təhlükəli vəziyyətə olan qurumuş ağacın kəsilərək ərazidən götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsi tərəfindən təhlükəli vəziyyətə olan qurumuş ağac kəsilərək xüsusi texnika vasitəsi ilə ərazidən götürülmüşdür.
Cavanşir Musayev müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.