İcra başçısının qəbul-görüşlərində edilən müraciətləri nəticəsiz qalmır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qazyan kəndində keçirilən səyyar qəbul görüşündə vətəndaş Ələkbərov Ədalət Müzəffər oğlu müraciət edərək suvarma arxı təmizlənən zaman həyətyanı torpaq sahəsinə tökülmüş tullantıların təmizlənərək götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Suvarma Sistemləri idarəsi tərəfindən tullantılar xüsusi texnikalar vasitəsilə ərazidən təmizlənərək daşınmışdır.
Ədalət Ələkbərov ona göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.