İcra başçısının qəbul-görüşlərində edilən müraciətləri nəticəsiz qalmır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qazyan kəndində keçirilən səyyar qəbul görüşündə vətəndaş Rəhimov Anar Daşdəmir oğlu müraciət edərək qəza nəticəsində aşmış qaz borusunun bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtər Regional Qaz İstismarı idarəsinin Tərtər xidmət sahəsi tərəfindən aşmış qaz borusu dayaqlara qaldırılaraq tikinti norma və qaydalarına uyğun olaraq bərpa olunmuşdur.
Anar Rəhimov ona göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.