İcra başçısının qəbul-görüşlərində edilən müraciətləri nəticəsiz qalmır
12 mart 2024 | 09:05
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən qəbulda Laçın rayon sakini müvəqqəti olaraq Şıxarx qəsəbəsində məskunlaşan, Muradov Yaşar Qoca oğlu müraciət edərək Şıxarx qəsəbəsində yaşadığı evinin yandığını bildiriərək, yaşadığı evin bərpası üçün tikinti materialları ilə köməklik olunmasını xahiş etmişdir. Müracət əsasında rayon icra hakimiyyəti tərəfindən vətəndaşa 10 kisə sement və 1 kamaz qum köməklik olunmuşdur.
Vətəndaş Yaşar Muradov onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.