İcra başçısının qəbul-görüşlərində edilən müraciətləri nəticəsiz qalmır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Evoğlu kəndində keçirilən səyyar qəbul görüşündə şəhid atası Əhmədov Seymur Əvəz oğlu müraciət edərək suvarma arxı təmizlənən zaman yolun kənarına tökülmüş lilin ərazidən təmizlənməsinə köməklik göstərilməsini xahiş etmişdir. Rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Suvarma Sistemləri idarəsinin xüsusi texnikası tərəfindən yol kənarında olan lil ərazidən təmizlənmişdir.
Şəhid atası Seymur Əhmədov ona göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.