İcra başçısının qəbul-görüşlərində edilən müraciətləri nəticəsiz qalmır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Mamırlı kəndində keçirilən səyyar qəbul görüşündə vətəndaş İsmayılov Kamil Əli oğlu kənd sakinləri adından müraciət edərək kəndə gələn suyun normaya uyğun bölünmədiyini bildirərək köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq, başçının birinci müavini Elvin Umudov, Suvarma Sistemləri idarəsinin rəisi Şəmil Ziyadov kənd sakinlərinin iştirakı ilə su kanalına baxış keçirilmiş, suyun kəndlərə normaya uyğun verilməsi təmin edilmişdir.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.