İcra başçısının qəbul-görüşlərində edilən müraciətləri nəticəsiz qalmır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən qəbulda şəhid anası Salahova Gülnarə İmran qızı növbəti dəfə müraciət edərək yanacaq üçün odunla təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti tərəfindən vətəndaşa 4 kub odun verilmişdir. Ümumilikdə şəhid anasının müraciətinə əsasən ona 7 kub odun verilmşdir.
Şəhid anası onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.