Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının Kəngərli kəndində keçirilən səyyar qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

10 may 2024 | 15:06

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Kəngərli kəndində keçirilən səyyar qəbul görüşündə kənd sakini Məcid Tağıyev əsas asfalt yoldan məktəbə dönən döngəyə asfalt örtüyünün salınması ilə bağlı  müraciət edərək köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq 42 nömrəli Yol İstismarı MMC tərəfindən həmin əraziyə asfalt örtüyü salınaraq sakinlərin istifadəsinə verilmişdir.

Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər