Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının Kəbirli kəndində keçirilən səyyar qəbul-görüşü zamanı qaldırılan məsələ öz həllini tapıb

10 oktyabr 2025 | 16:56

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Kəbirli kəndində keçirilən səyyar qəbul-görüşü zamanı kənd sakinləri müraciət edərək əkin sahələrinin suvarılmasında istifadə edilən suvarma arxının təmizlənməsini və 09/282 Reper nömrəli subartezian quyusnun təmir olunmasını xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən suvarma arxında təmizlənmə işləri aparılıb və qeyd olunan subartezian quyusu təmir olunaraq sakinlərin istfadəsinə verilib.

Kənd sakinləri müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər