Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının Hacallı kəndində keçirilən səyyar qəbul-görüşü zamanı qaldırılan məsələ öz müsbət həllini tapıb

13 avqust 2025 | 09:29

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Hacallı kəndində keçirilən səyyar qəbul-görüşü zamanı Hacallı kənd sakini 3-cü qrup Vətən müharibəsi əlili İntiqam Sarıyev müraciət edərək əkin sahələrinin suvarılmasında istifadə edilən suvarma arxının təmizlənməsini xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qeyd olunan suvarma arxında təmizlənmə işləri aparılıb.

Kənd sakinləri müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər