İcra başçısının Buruc kəndində keçirilən səyyar qəbul görüşü zamanı qaldırılan məsələ öz müsbət həllini tapıb
29 may 2025 | 08:56
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Buruc kəndində keçirilən səyyar qəbul görüşü zamanı şəhid atası Halay Nəcəfov müraciət edərək yaşadığı küçənin elektrik xəttinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş edib.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Rayon elektrik şəbəkəsi tərəfindən 1 ədəd 0.4 kv luq sip dayaq və 110 m 4×35 markalı sip kabel çəkilərək köhnəlmiş elektrik dirəyi və yararsız kabellər yenisi ilə əvəz olunub.
Şəhid atası müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.