İcra başçısının Bildirçinli kəndində keçirilən səyyar qəbul-görüşü zamanı qaldırılan məsələ öz həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Bildirçinli kəndində keçirilən səyyar qəbul-görüşü zamanı kənd sakini Vahid Kərimov müraciət edərək əkin sahələrinin suvarılmasında istifadə edilən suvarma arxının lildən təmizlənməsini xahiş edib.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qeyd olunan suvarma arxında təmizlənmə işləri aparılıb.
Kənd sakini müraciətinin həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






