Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının Aşağı Qapanlı kəndində keçirilən səyyar qəbul-görüşü zamanı qaldırılan məsələ öz həllini tapıb

21 noyabr 2025 | 16:49

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qapanlı kəndində keçirilən səyyar qəbul-görüşü zamanı Azad Qaraqoyunlu kənd sakinləri müraciət edərək əkin sahələrinin suvarılmasında istifadə edilən 09/381 Reper nömrəli subartezian quyusnun təmir olunmasını xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qeyd olunan subartezian quyusuna yeni dərinlik nasosu quşardırılaraq sakinlərin istfadəsinə verilib.

Kənd sakinləri müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər