İcra başçısı Zolgəran kəndində Vətən Müharibəsi qazisi Elşad Orucovun ailəsi ilə görüşüb
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon Ağsaqqallar Şurasının sədri ilə birlikdə Zolgəran kəndində 3-cü dərəcəli Vətən müharibəsi əlili Orucov Elşad Lətif oğlunun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Elşad kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.
Qeyd edək ki, N saylı əlahiddə kəşfiyyat taborunun müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu Elşad Orucov Talış-Suqovuşan və Murovdağ istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə" və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Onun xoşbəxt ailəsi, 2 övladı var.
Qazi şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.