İcra başçısı Zahid İbrahimovu 65 illik yubileyi münasibəti ilə qəbul edib
Oktyabrın 18-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 65 illik yubileyi münasibəti ilə Tərtər Suvarma Sistemləri İdarəsinin rəis müavini Zahid İbrahimovu qəbul edib. İcra başçısı Zahid İbrahimovu təbrik edərək ona uzun ömür, can sağlığı, səmərəli fəaliyyətində uğurlar diləyib. Bildirib ki, Zahid İbrahimov rayonun sosial-iqtisadi inkişafında yaxından iştirak edir, öz üzərinə düşən vəzifəni həmişə layiqincə yerinə yetirir. O, yaxşı mütəxəssis olmaqla yanaşı, yaxşı da ailə başçısıdır.
Rayon rəhbıri Zahid İbrahimova İcra Hakimiyyətinin fəxri fərmanını təqdim edib. Sonra xatirə şəkli çəkilib.
İbrahimov Zahid Yusif oğlu 1957-ci il oktyabrın 15-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. O, Bakı şəhərində İnşaat Mühəndisləri İnstitutunu bitirib. Əmək fəlaiyyətinin 40 ilə yaxını Meliorasiya və Su Təsərrüfatı ilə bağlıdır, Tərtər Rayon Subartezian Quyularının İstismarı və Suvarma Sistemləri İdarəsində müxtəlif vəzifələrdə çalışıb, 10 ildən artıq Suvarma Sistemləri İdarəsinin rəisi, hazırda isə həmin müəssisədə rəis müavini vəzifəsində çalışır. Onun əmək fəaliyyəti Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək “Tərəqqi” medalı ilə təltif olunub.
Zahid İbrahimov onun əmək fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.