Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Yevlax Reabilitasiya Mərkəzinin direktorunu qəbul edib

04 sentyabr 2023 | 15:16

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzinin direktoru tibb üzrə fəlsəfə  elmləri doktoru Məmmədova Elyanora Səyyad qızını və mərkəzin əməkdaşlarını qəbul edib.

Qəbul zamanı Elyanora xanım  mərkəz haqqında məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi mərkəzdə Yevlax və ətraf rayonlarda yaşayan vətəndaşlara kompleks tibbi-sosial reabilitasiya xidməti göstərilir, vətəndaşların sosial stasusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, peşə diaqnostikası və reabilitasiyası, yaş və sağlamlıqları nəzərə alınmaqla psixoloji seanslara cəlb olunmaları, gigeyenik vərdişlərin tərbiyə ediməsi, sağlam həyat tərzinin təbliği istiqamətində işlər  görülür.

İcra başçısı qəbul zamanı 44 günlük Vətən müharibəsində iştirak edən tərtərlilərə vurulan fiziki və mənəvi  zərbədən, onların öz sağlamlıqlarına qovuşmaları üçün dövlət səviyyəsində aparılan işlərdən, həyata keçirilən layihələrdən, şəxsən respublika prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələri və qazilərə göstərilən xüsusi diqqət və qayğıdan, nə qədər  qazi və şəhid ailəsinin üzvlərinin sağlamlıqlarının bərpası üçün respublika ərazisində və xaricdə müayinə və müalicəyə göndərilməsindən danışıb.Bildirib ki, ölkə rəhbərinin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğı bizə bir örnəkdir.

Rayon rəhbəri qeyd  edib ki, Tərtər  rayonunda 389 şəhid ailəsi, 374 nəfər qazi var ki, onların sağlamlıqları həmişə diqqət mərkəzində saxlanılır.

Görüşdə rayon icra hakimiyyəti tərəfindən tərtərli şəhid ailələrinin üzvlərinin və qazilərin mərkəzdə müayinə və müalicəyə cəlb olunması istiqamətində də mərkəzin direktoru ilə müzakirələr aparılıb.

İcra başçısı əlilliyi olan vətəndaşlara  öz sağlamlıqlarına qovuşmaları üçün göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər