İcra başçısı yeni tədris ilinə hazırlıqla bağlı təmir işləri aparılan ümumtəhsil məktəblərində olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyevlə birlikdə yeni tədris ilinə hazırlıqla bağlı təmir işləri aparılan ümumtəhsil məktəblərində olub.
Məlumat üçün bildiririk ki, respublika Prezidentinin sərəncamı ilə ötən il 432 şagird-yerlik Xoruzlu kənd tam orta məktəbi istifadəyə verilib. Yeni tədris ilində isə Heydər Əliyev Fondu tərəfindən 320 şagird-yerlik Azad Qaraqoyunlu kənd və Təhsil Nazirliyi tərəfindən 360 şagird-yerlik şəhər 5 nömrəli tam orta məktəbləri üçün tikilən yeni binalarda artıq son tamamlanma işləri başa çatıb.
Rayon rəhbəri şəhər 3 nömrəli, Balakəngərli ümumi orta, Köçərli, Yuxarı Sarıcalı və Hacıqərvənd kənd tam orta məktəblərində Təhsil Nazirliyi tərəfindən aparılan təmir işləri ilə tanış olub və görülən işlərlə bağlı öz tapşırıq və tövsiyələrini verib.
Məktəb direktorları təhsilə, onun maddi texniki bazasının möhkəmləndiriməsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.