Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Xüsusi Təyyinatlı Qüvvələrin mənsubu “Qarabağ” ordenli Natiq Cavadovun atasının yas mərasimində iştirak edib

10 sentyabr 2026 | 17:07

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qaynaq kəndində Xüsusi Təyyinatlı Qüvvələrin mənsubu “Qarabağ” ordenli Natiq Cavadovun atası Şahin Cavadovun yas mərasimində iştrak edib, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Məlumat üçün bildiririk ki, Cavadov Natiq Şahin oğlu 1984-cü ildə Tərtər şəhərində anadan olub. O, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısının alınmasında fəal iştirak edib, XTQ mənsubu kimi Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa, Kəlbəcər,  istiqamətində gedən ağır döyüşlərdə şücaət göstərib və yaralanıb. Dövlət tərəfindən mənzillə və avtomobillə təmin edilib.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Qarabağ” ordeni, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü”, birinci, ikinci və üçüncü dərəcəli “Döyüşdə fərqlənməyə görə” medalları, həmçinin Azərbaycan Respublikasının Baş nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

Mərhumun yaxınları şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər