Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı xəstəxanada müalicə olunan şəhid anasını ziyarət edib

18 mart 2026 | 16:12

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidi İntiqam Ağayevin anası Salahova Gülnarə İmran qızını müalicə aldığı Tərtər rayon mərkəzi xəstəxanasında ziyarət edib. Şəhid anasının səhhəti və müalicə prosesi ilə yaxından maraqlanıb.

Qeyd edək ki, İntiqam Ağayev 1 mart 1998-ci ildə Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan İntiqam Ağayev 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 8 oktyabr tarixində Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

İntiqam Ağayev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərək vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid anası ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Keçidlər