Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı xəstəxanada müalicə olunan şəhid anasını ziyarət edib

14 aprel 2026 | 14:50

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Mahir Əsədovun anası Əsədova Zelimə Fərman qızını müalicə aldığı Tərtər rayon mərkəzi xəstəxanasında ziyarət edib. Şəhid anasının səhhəti və müalicə prosesi ilə yaxından maraqlanıb.

Qeyd edək ki, Əsədov Mahir Yelmar oğlu 1976-cı il yanvar ayının 15-də Tərtər rayonunda anadan olub. 1992-ci ildə şəhər 1 nömrəli məktəbi bitirib. Qarabağ savaşı başlanan zaman könüllü olaraq milli orduya yazılanlardan biri də Mahir olub. Çox ağır və şərəfli döyüş yolu keçmişdir. 1993-cü ildə Haterk istiqamətində döyüş zamanı yoldaşları ilə birgə mühasirəyə düşür, hər iki ayağını don vurur. Lakin qospitalda müalicəsini tamamlayan kimi yenidən "20 Yanvar" batalyonunun tərkibində döyüşlərə qatılır. Həmin ilin iyul ayının 22-də Ağdərə rayonunda artilleriya atəşindən şəhid olmuşdur. Tərtər şəhər qəbiristanlığında dəfn olunub. Yaşadığı küçə onun adını daşıyır.

Şəhid anası ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Keçidlər