Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsi şəhidi Quliyev Anar Tofiq oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib

21 oktyabr 2022 | 11:26

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə mülkü şəhid Quliyev Anar Tofiq oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, ailə üzvlərinə başsağlığı verərək, səbr diləyib, onların problemləri və qayğıları ilə maraqlanıb.

Sonra Tərtər Cümə Məscidinin İmamı Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyub.

Quliyev Anar Tofiq oğlu müharibədə məğlub olan erməni vandallarının Tərtərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində oktyabrın 21-də şəhid olub. Bu müharibə qaydalarına, beynəlxalq konvensiyalara ziddir, dinc əhalinin atəşə tutulması erməni vandalizm aktıdır.

Anar Quliyev Tərtərdə dəfn olunub, özündən sonra sonra onun 2 oğlu, bir qızı  yadigar qalıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.  

Allah şəhidimizə rəhmət eləsin!

Keçidlər