İcra başçısı Vətən müharibəsi şəhidi Qasımov Azər Yaqub oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə, rayonun Yenikənd kəndində Vətən müharibəsi şəhidi Qasımov Azər Yaqub oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, Qasımov Azər Yaqub oğlu 1979-cu il dekabr ayının 2-də Tərtər rayonunun Yenikənd kəndində anadan olub. Azər Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azər Qasımov oktyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şəhid Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Qasımov ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Ailəli idi, 4 övladı yadigar qalıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.