İcra başçısı Vətən müharibəsi şəhidi Mirzəli Rəşadın bibisinin yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Hacıqərvənd kəndində Vətən Müharibəsinin şəhidi Mirzəli Rəşad Hafiz oğlunun bibisi Sadıqova Gülnaz Çoban qızının yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Məlumat üçün bildiririk ki, Rəşad Mirzəli 1995-ci il mayın 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Rəşad Mirzəli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəşad Mirzəli oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Rəşad Mirzəli ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsi uğrunda” medalı və 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərhumun yaxınları şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






