İcra başçısı Vətən müharibəsi şəhidi Mənsimli İntiqam Rövşən oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Kəngərli kəndindən olan şəhid Mənsimli İntiqam Rövşən oğlunun ikinci ildönümü ilə əlaqədar onun ailəsinə baş çəkib, başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Mənsimli İntiqam 2020-ci il oktyabr ayının 16-da Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub, oktyabrın 17-də doğulduğu Tərtər rayonunun Kəngərli kəndində dəfn olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!