Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən Müharibəsi şəhidi Məmmədov Taleh Arif oğlunun ikinci ildönümü münasibəti ilə ailəsini ziyarət edib

30 sentyabr 2022 | 12:37

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəhid ailələrini ziyarəti davam edir. O, növbəti dəfə Hüsənli kəndindən olan şəhid Məmmədov Taleh Arif oğlunun ailəsində olub, onlara başsağlığı verib.

Taleh Məmmədov 1999-cu il yanvarın 16-da rayonun Hüsənli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, sentyabrın 30-da düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.Taleh ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidin ailəsi hərtərəfli qayğı ilə əhatə olunub.

İldönümü mərasimində şəhidin ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad olunub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərmizə rəhmət eləsin!

Keçidlər