İcra başçısı Vətən müharibəsi şəhidi Məmmədov Səbuhi Zahid oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Kəngərli kəndindən olan şəhid Məmmədov Səbuhi Zahid oğlunun ikinci ildönümü ilə əlaqədar onun ailəsində olub, şəhidin ailə üzvlərinə başsağlığı verib, onların problemləri ilə maraqlanıb.Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının ruhuna dualar oxuyub.
Şəhid Səbuhi Məmmədov 17 oktyabr 2000-ci il tarixdə Tərtər rayonunun Kəngərli kəndində anadan olub. 2020-ci ilin sentyabr ayının 1-də hərbi xidmətə yola düşüb, Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə o, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Səbuhinin keçdiyi qısa, lakin şərəfli ömür yolu gənclərə bir örnəkdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət eləsin!